27 noyabr 2013 15:55
Toğrul Hacıyev yad edilib (FOTOREPORTAJ)
Bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının və Regional Futbol Federasiyaları İctimai Birliyinin sabiq vitse-prezidenti, əməkdar məşqçi, əməkdar idman xadimi mərhum Toğrul Hacıyevin 70 illik yubileyidir. Azerisport.az xəbər verir ki, bu münasibətlə AFFA-nın əməkdaşları, veteran futbolçular, ölkə futbol ictimaiyyətinin nümayəndələri Toğrul Hacıyevin məzarını ziyarət edib, qəbirüstü abidəsinin önünə gül dəstələri qoyulub, mərhumun ruhuna dualar oxunub.
(AFFA)
