27 noyabr 2013 15:22
Portuqaliya KİV-i: Azərbaycan yığmasının yolunu getmək istəməzdik
Portuqaliyada “Portu”nun yarımmüdafiəçisi Fernando Rojesin milliləşdirilməsi gündəmdədir. Azerisport.az xəbər verir ki, Portuqaliya KİV-nin buna münasibəti birmənalı deyil.
“Portuqaliya yığmasında başqa ölkələrdən olan futbolçuların çıxış etməsi ilk dəfə deyil. Ancaq yığmada bu, bir oyunçunun iştirakı ilə olub. Azərbaycan və İtaliya yığmalarının döyənək etdiyi yolu getmək istəməzdik. Bu komandalarda milliləşdirilmiş oyunçular yerlilərə nisbətən üstünlük təşkil edir. Bu, yerli oyunçulara münasibətdə ağlasığmaz, hətta ədalətsizdir”.
(Portuqaliya KİV-i)
