27 noyabr 2013 14:41
Vəli Qasımov: Flavinyo öz davranışı ilə hörmət qazanmalıdır
Azərbaycan futbolunun veteranı Vəli Qasımov azerisport.az saytına müsahibəsində “Neftçi”nin yatımmüdafiəçisi Flavinyonun meydandan qovulmasına münasibət bildirib.
“Hakim düzgün qərar qəbul etdi. Əllə zərbəyə görə, düşünməmiş qırmızı vərəqə göstərmək lazımdır. Flavinyo özünü o qədər yaxşı hesab edir ki, onu qorusunlar?!.. Onun kimi braziliyalılar hər yerdə doludur. Əgər Flavinyo Braziliya yığmasında oynasa idi, onu qoruyardıq. Belə isə, o, ilk növbədə öz davranışı ilə özünə hörmət qazanmalıdır”.
