27 noyabr 2013 01:46
Hafiz Məmmədov Lansın rəsmi saytında (VİDEO)
Fransanın "Lans" klubu rəsmi internet saytında Hafiz Məmmədovun Lansa səfəri zamanı lentə alınmış görüntülərdən hazırladığı videomaterial yerləşdirib. Azerisport.az xəbər verir ki, material Hafiz Məmmədovun Luvr qalereyasını ziyarəti ilə başlayır.
Ardından "Lans" klubunun prezidenti Jerve Martelle "Feliks Bollar" stadionunda gəzişməsi, Fransa 2-ci liqasının "Lans" - "Şatoru" oyununu izləyən anları yer alır. Videoda "Lans"ın qələbəsini alqışlayan Hafiz Məmmədov komandanın soyunub-geyinmə otağına gələrək, futbolçuları qələbə münasibə ilə təbrik edir və "9 milyonluq Azərbaycan xalqı sizi sevir və dəstəkləyir" sözləri ilə davam edir. Qısa süjetdə "Bakı"nın prezidentinin 2 həftə ərzində Lansda təlim-məşq toplanışı keçirən "zolaqlılar"ın U-15 komandasının gənc futbolçuları ilə görüşü də öz əksini tapıb.
