27 noyabr 2013 14:05
Nazim Süleymanov: Hakim səhv edə bilər, amma qərəz olanda susmaq mümkün deyil
"Neftçi" klubunun baş məşqçisi Nazim Süleymanov azerisport.az saytına müsahibəsində "İnter"ə məğlubiyyətdən, son turda hakimin idarəçiliyindən və növbəti oyunlardan danışıb.
- İntizam Komitəsinin qərarına əsasən Flavinyo və Denis sizə kömək edə bilməyəcək. Neftçi növbəti oyunlarda itkilərlə oynayacaq...
- Denislə bağlı qərar futbolçunun oyundan sonra etdiyi hərəkətə görə verilib. Mən həmin hərəkəti görməmişəm. Meydandan kənarda ola bilər nəsə baş versin. Əgər doğrudan da, belə olubsa, qərarı başa düşmək olar. Ancaq mən Flavinyoya qarşı bu addımı anlaya bilmirəm. Həmin epizodda sarı vərəqə vermək olardı, lakin qırmızı vərəqəlik heç nə yox idi. Hakim də insandı, səhv ola bilər. Qərəz olanda susmaq olmur. Məgər mən futbol oynamamışam, yoxsa qaydaları bilmirik?!.. Hər şeyi gözəl bilirik. Necə ola bilər ki, Cavidi vururlar, hakim vərəqə göstərmir. Bruno və ya Nforu vururlar, hakimdən reaksiya yoxdu. Amma Kardosa rəqibə toxunan kimi oyun dayandırılır və sarı göstərilir. Oyundan sonra nəsə demək çətin idi. Videoyazıya baxandan sonra yanlış qərarlar açıq görünür.

- "İnter"in aşkar kobudluğla oynamasında məqsədi nə idi?
- Məncə "İnter" futbolçuları həmin gün Flavinyonun ovuna çıxmışdı. Bir futbolçuya qarşı nə qədər kobud oynamaq olar? Onu zədələməyə çalışdılar. Flavinyo da insandır. O, heç kimi vurmadı. Cəhd etdi, lakin cəhd etmək hələ heç nə etmək deyil. İnsandır, görür ona qarşı kobud oynayırlar, hisslərini cilovlamaqda çətinlik çəkir.

- Hakimin belə idarəçiliyində məqsəd nə idi - "Neftçi"ni saxlamaq yoxsa "İnter"ə kömək etmək?
- Hər ikisi. Həm bizi saxladılar, həm də rəqibə qələbə qazanmaqda kömək etdilər.

- Hansı səbəbdən həmin oyunda Azərbaycan çempionunun oyunu alınmadı?
- Rəqibin uğuruna kölgə salmaq istəmirəm. "İnter" futbolçuları daha istəkli idi. Hakimin bəzi qərarları da onların köməyinə çatdı. Müəyyən mənada Flavinyo qırmızı alandan sonra oyunumuzda qırılma oldu. Biz "İnter" kimi kobud oynasaydıq, yəqin hakim 2-3 futbolçumuza qırmızı göstərərdi. Rəqibin istəyi çox idi, amma bərabər sayda oynamağa imkan vermədilər.

- NİK-in qərarından sonra necə olacaq?
- Qarşıda bizi çətin oyunlar gözləyir. "Qarabağ"la oyuna qədər "Sumqayıt"la matçımız var. Çətin olacaq. Flavinyo və Denislə yanaşı Mahir Şükürov da oynamayacaq. "İnter"lə oyunda dördüncü sarı vərəqəni aldı. Heyətdə futbolçularımız var. Çalışacağıq itkilər hiss olunmasın. Əsas heyətin bir neçə üzvü olmadan oynamaq asan deyil.

- Bu itkilərlə Sumqayıtdan sonra "Qarabağ"a qarşı oynayıb qələbə qazanmaq mümkün olacaq?
- Flavinyo komandanın liderlərindən biridir. "Qarabağ"a qarşı oyunda daha diqqətli olmaq lazım olacaq. Əlbəttə, əsas heyətin üzvünü dəyişmək çətindir. Buna görə də problemdən çıxış yolu tapmalıyıq. "İnter"lə oyunda biz yıxıldıq. Amma çempionatın sonuna hələ çox var. Biz ayağa qalxaraq gücümüzü göstərməliyik. "Bankirlər"lə yenə oynamaq imkanımız olacaq. İndi "Sumqayıt" haqda düşünməliyik.

- Son turdan sonra "Neftçi" liderdən 1 xal geri qalır...
- Paytaxt derbisində uduzduq, amma çempionat hələ davam edir. Artıq bütün oyunlar derbi kimidir. Bir məğlubiyyətlə "Neftçi"ni saxlamaq mümkün deyil. Komanda özünü toparlayaraq növbəti matçlara qələbə üçün çıxacaq. Hələ vacib oyunlar qarşıdadır. 1 xal fərqi o qədər böyük də deyil. Sadəcə, biz gərək rəqibdən çox öz oyunumuz haqda düşünək. Məhz buna görə də bizi yalnız öz oyunumuz və futbolçularımız maraqlandırır.

- Sumqayıtla oyun haqda nə fikirdəsiniz?
- Paytaxt derbisində məğlubiyyətdən sonra çətin olacaq. İtkiləri də nəzərə alsaq, maksimum oyun potensialımızı göstərməliyik. Bütün rəqiblər bizə qarşı ikiqat əzmlə hazırlaşır. O mənada çempionatda "Neftçi" üçün asan oyun yoxdu. Biz yalnız qələbə barədə düşünürük.