27 noyabr 2013 01:35
Barselona və Çelsi uduzdu, Milanla Arsenal sevindi
Futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsində 5-ci tura start verilib. Azerisport.az xəbər verir ki, E, F, G və H qruplarında 8 oyun baş tutacaq.
E qrupunda "Çelsi" "Bazel"in, "Şalke" "Styaua"nın qonağı olacaq. "Çelsi" bir xal qazanacağı halda 1/8 finala vəsiqəni təmin edəcəkdi. Lakin İngiltərə klubu səfərdə minimal hesablı məğlubiyyətlə üzləşib. Buna baxmayaraq, "Şalke"nin də xal itirməsi Joze Mourinyonun yetirmələri məğlubiyyətə rəğmən, mərhələ adlamasına şərait yaradıb.
F qrupunda "Arsenal" Marsel "Olimpik"ini, Dortmund "Borussiya"sı "Napoli"ni qəbul edib. "Arsenal" və "Napoli" qələbə qazanacağı halda hər iki komanda 1/8 finala vəsiqə əldə edəcəkdi. Lakin London klubu bunu bacardığı halda, İtaliya təmsilçisi səfərdə məğlubiyyətlə üzləşib. Bu üzdən sözügedən qrupda növbəti mərhələyə vəsiqənin taleyinə son oyunlarda aydınlıq gələcək.
G qrupunda "Atletiko" "Zenit"in, "Austriya" "Portu"nun qonağı olub. "Atletiko" ötən tur həm 1/8 finala vəsiqəni, həm də birinci yeri təmin etmişdi. Bu üzdən də sözügedən komanda əsas heyətlə yollanmadığı Sankt-Peterburq səfərindən heç-heçə ilə qayıdıb. Elə qrupun digər oyununda da oxşar nəticə qeydə alınıb. Nəticədə, 2-ci vəsiqə uğrunda mübarizə son tura qalıb.
H qrupunda "Barselona" "Ayaks"la, "Milan" "Seltik"lə səfərdə qarşılaşıb. İtaliya klubu qələbə qazandığı halda, İspaniya nəhəngi məğlubiyyətlə üzləşib.
Çempionlar Liqası
5-ci tur
26 noyabr
E qrupu
Bazel (İsveçrə) - Çelsi (İngiltərə) - 1:0
Qol: Salah, 87.
Styaua (Rumıniya) - Şalke (Almaniya) - 0:0
| 1 | Çelsi | 5 | 3 | 0 | 2 | 11 | 3 | +8 | 9 |
| 2 | Bazel | 5 | 2 | 2 | 1 | 5 | 4 | +1 | 8 |
| 3 | Şalke | 5 | 2 | 1 | 2 | 4 | 6 | –2 | 7 |
| 4 | Styaua | 5 | 0 | 3 | 2 | 2 | 9 | –7 | 3 |
F qrupu
Borussiya (Dortmund, Almaniya) - Napoli (İtaliya) - 3:1
Qollar: Reus, 10-pen, Blaşikovski, 60, Aubameyanq, 78 - İnsinye, 71.
Arsenal (İngiltərə) - Olimpik (Marsel, Fransa) - 2:0
Qollar: Uilşir, 1; 65.
| 1 | Arsenal | 5 | 4 | 0 | 1 | 8 | 3 | +5 | 12 |
| 2 | Borussiya D | 5 | 3 | 0 | 2 | 9 | 5 | +4 | 9 |
| 3 | Napoli | 5 | 3 | 0 | 2 | 8 | 9 | –1 | 9 |
| 4 | Olimpik M | 5 | 0 | 0 | 5 | 4 | 12 | –8 | 0 |
G qrupu
Zenit (Rusiya) - Atletiko (İspaniya) - 1:1
Qollar: Alderveyreld, 74-öz qapısına - Adrian, 53.
Portu (Portuqaliya) - Austriya (Avstriya) - 1:1
Qollar: Martines, 48 - Kinast, 11.
| 1 | Atletiko M | 5 | 4 | 1 | 0 | 13 | 3 | +10 | 13 |
| 2 | Zenit | 5 | 1 | 3 | 1 | 4 | 5 | –1 | 6 |
| 3 | Portu | 5 | 1 | 2 | 2 | 4 | 5 | –1 | 5 |
| 4 | Austriya | 5 | 0 | 2 | 3 | 1 | 9 | –8 | 2 |
H qrupu
Ayaks (Hollandiya) - Barselona (İspaniya) - 2:1
Qollar: Serero, 19, Hoesen, 41 - Xavi, 49-pen.
Seltik (Şotlandiya) - Milan (İtaliya) - 0:3
Qollar: Kaka, 13, Zapata, 49, Balotelli, 60.
| 1 | Barselona | 5 | 3 | 1 | 1 | 10 | 4 | +6 | 10 |
| 2 | Milan | 5 | 2 | 2 | 1 | 8 | 5 | +3 | 8 |
| 3 | Ayaks | 5 | 2 | 1 | 2 | 5 | 8 | –3 | 7 |
| 4 | Seltik | 5 | 1 | 0 | 4 | 2 | 8 | –6 | 3 |
