27 noyabr 2013 13:55
Nazim Süleymanov: Biz yalnız qələbə barədə düşünürük
“Neftçi”nin baş məşqçisi Nazim Süleymanov azerisport.az saytına müsahibəsində futbol üzrə Topaz Premyer Liqasının 15-ci turu çərçivəsində “Sumqayıta”a qarşı keçiriləcək oyun barədə fikirlərini bölüşüb.
“Paytaxt derbisində məğlubiyyətdən sonra çətin oyun olacaq. İtkiləri də nəzərə alsaq, maksimum oyun potensialımızı göstərməliyik. Bütün rəqiblər bizə qarşı ikiqat əzmlə hazırlaşır. O mənada çempionatda "Neftçi" üçün asan oyun yoxdu. Biz yalnız qələbə barədə düşünürük”.
