27 noyabr 2013 13:30
Azərbaycan - Türkiyə: qızların növbəti dueli
Sabah yeniyetmə qızlardan ibarət (U-19) Azərbaycan və Türkiyə yığmaları yenidən üz-üzə gələcək. Azerisport.az xəbər verir ki, bu oyun da “Bayıl Arena”da keçiriləcək.
Xatırladaq ki, komandalar arasında dünənki oyun 1:1 hesabı ilə başa çatmışdı.
