26 noyabr 2013 12:31
Azərbaycan FIFA reytinqində yeddi pillə gerilədi
Futbol üzrə Azərbaycan yığmasının FIFA reytinqində göstəriciləri pisləşib. Azerisport.az xəbər verir ki, Estoniya yığmasına məğlubiyyət (1:2) və Qırğızıstan yığması ilə heç-heçə (0:0) Berti Foqtsun yetirmələrinin 95-ci pilləyə düşməsi ilə nəticələnib.
Azərbaycan yığmasının hesabında 363 xal var ki, bu, ötən ayla müqayisədən 44 xal azdır.
