26 noyabr 2013 12:12
Qəbələ qış planlarını açıqladı
“Qəbələ” qış fasiləsi müddətində planlarını açıqlayıb. Azerisport.az xəbər verir ki, “radarlar” yanvarın 5-i Türkiyəyə yollanacaq və ayın 27-ə qədər burada toplanışda olacaqlar.
Yanvarın 17-19-u aralığında isə futbolçulara istirahət veriləcək.
Belek şəhərində toplanış müddətində Yuri Syomin 7 yoxlama görüşü keçirmək fikrindədir. İlk müddətə 3 oyun, yanvarın 20-27-si aralığında isə daha 4 oyun keçirilməsi nəzərdə tutulub.
