26 noyabr 2013 11:33
Avro-2014 ərəfəsində Türkiyə və Serbiya sınağı
Futzal federasiyasının prezidenti Zaur Axundov futzal üzrə Azərbaycan yığmasının Avro-2014-ə hazırlığı haqda fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, Axundov bunları söyləyib:
“Portuqaliyadan qayıtdıqdan sonra “Araz”ın yığma oyunçuları istirahət etməyəcək. Ölkə çempionatı başlayır. Daha sonra Türkiyə və Serbiyada iki toplanış keçirməyi nəzərdə tutmuşuq. Bu zaman yoldaşlıq oyunları keçirmək niyyətindəyik. Komanda Belçikaya Serbiyadan yollanacaq”.
