26 noyabr 2013 11:22
UEFA Dördlər finalının keçirilmə yerini dekabrın 12-də açıqlayacaq
Futzal federasiyasının rəhbəri Zaur Axundov UEFA rəyasət heyətinin Bakıya gəlişini gözləyir. Azerisport.az Axundovun AFFA-ya qısa müsahibəsini diqqətinizə çatdırır:
“Bu həftə Bakıya UEFA-nın rəyasət heyəti gələcək. Onlar dekabrın 29-da bəzi idman obyektlərini baxışdan keçirəcəklər. Dekabrın 12-də Dördlər finalının keçirilmə yeri haqda yekun açıqlama olacaq. Bakı bu oyunların keçirilməsinə namizəddir. Məqsədimiz finala çıxmaqdır. Yeri gəlmişkən, “Araz” heyətini həlledici oyunlara qədər gücləndirmək istəyirik. Liderlərdən olan Edu birinci oyunu buraxacaq”.
