26 noyabr 2013 11:11

Bülent Korkmaz: Mustafa Denizli düzgün seçimdir

"Bakı" klubunun sabiq baş məşqçisi Bülent Korkmaz azerisport.az saytına müsahibəsində Mustafa Denizlinin "Xəzər Lənkəran"a təyinatından, komandanın bu vəziyyətdən çıxmaq şanslarından, Azərbaycan çempionatından danışıb.

- Bülent bəy həmyerliniz Mustafa Denizli Azərbaycanda işləməyə yaxındı. Bundan xəbəriniz var?
- Mediadan xəbər tutmuşam. Denizli təcrübəli məşqçidir. Çox böyük biliyə sahibdir. Onun Azərbaycanda işləməsi futbolunuza xeyir verə bilər.

- "Xəzər Lənkəran"ın indiki durumu o qədər yaxşı deyil...
- İnternet vasitəsilə Azərbaycan çempionatının bəzi oyunlarının nəticələri ilə maraqlanıram. "Xəzər Lənkəran" Con Toşakın rəhbərliyi altında uğur qazanmadı. Komanda liderlərdən çox uzaq düşüb. Etiraf etmək lazımdır ki, cənubluları bu vəziyyətdən çıxarmaq üçün bir qədər vaxt lazım olacaq. Mustafa Denizli ilk öncə işlədiyi yeri tanımalıdır.

- Siz Azərbaycanda işləmisiniz. Burda işləmək o qədər asan deyil. Sizcə Mustafa Denizlidə alınacaq?
- Bu insan adi birisi deyil. Onun karyerası hər şeyi deyir. İlk aylar bir qədər çətin ola bilər. Lənkəran azarkeşləri hər zaman komandadan qələbə tələb edir. Amma yeni məşqçiyə vaxt lazımdı. O, yerli mentaliteti, futbolu öyrənməlidir. Azərbaycan Türkiyədən çox fərqlənir. Üstəlik futbolçuları da tanımır. Bir neçə oyundan sonra onda təəssürat yaranacaq. 

- Sizcə Denizli ulduz türk futbolçularını Lənkərana gətirə biləcək?
- Bu sual məşqçiyə verilməlidir. Qışda transfer işlərində yəqin ki, heyətdə dəyişiklik olacaq. Hoca inandığı və tanıdığı futbolçuları dəvət etməlidir. Əsas ulduz deyil, komandanı gücləndirəcək futbolçuların alınmasıdır. Mustafa Denizli böyük klublarda uğurla çalışıb. Ona inanmaq olar. 

- Cənublular avrokuboklara vəsiqə qazana bilər...
- İndidən bu barədə danışmaq düzgün deyil. Mustafa bəy nəyi necə edəcəyini gözəl bilir. Onun işi haqda danışmaq düzgün olmaz. Lakin inanıram ki, cənubluları avrokuboklara çıxara bilər. Çox şey transferlərdən və qışdan sonrakı komandanın oyunlarından asılı olacaq. Fikrimcə Mustafa Dənizli ən düzgün seçimdir. Unutmayaq ki, Azərbaycan, Lənkəran onun üçün yenidir. Gərək əvvəlcə işlədiyin yeri tanıyasan sonra istədiyini reallaşdırasan. Bu mənada səbrli olmaq lazımdır. 

- Bakı klubu cənublularla müqayisədə turnir cədvəlində irəlidədir. Amma stabil oyun nümayiş etdirmirlər...
- Mənə doğma olan Bakı klubu haqda danışmaq çətindir. Çünki, klubun içərisində deyiləm. Komandanın əla bazası var. Heyət baxımından da heç kimə uduzmurlar. Müəyyən qeyri-stabillik digər komandalarda da var. Unutmayın ki, Azərbaycan futbolu inkişaf edir. Çempionatın səviyyəsi yüksəlir.

- Azərbaycan yığması cari mövsüm 9 xal topladı. Berti Foqtsun postunda qalıb-qalmayacağı hələdə dəqiq deyil. Sizcə 6 ildən sonra onunla yenidən müqavilə imzalanmalıdırmı?
- Bu məsələdə federasiya mövqeyini bildirməlidir. Hər şey hədəflərdən asılıdır. Mən bilmirəm siz məşqçinin qarşısına hansı məqsədi qoymusunuz. Yeni razılaşma da hədəflərdən asılıdır. Baxır sizin federasiya yeni seçmə mərhələdə yığmadan nə gözləyir. Ona görə suala cavab vermək çətindir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.