26 noyabr 2013 21:29

Flavinyo: Bu cür hallara nə qədər dözməliyəm?

“Neftçi”nin futbolçusu Flavinyo AFFA-nın İntizam Komitəsinin qərarına münasibət bildirib. Azerisport.az xəbər verir ki, o, klubun rəsmi saytına müsahibəsində bunları söyləyib:
 
“İnter”lə oyunda mənə qarşı edilən kobudluqlar ilk dəfə deyildi. Azərbaycana gəldiyim mövsüm ayağımı sındırdılar. Uzun müddət oynaya bilmədim. Mən bu qəddarlığın nədən qaynaqlandığını bilmirəm. Belə futbol oynamaq olmaz. Mən Braziliya “A” seriyasında da oynamışam və çox gözəl bilirəm ki, qayda pozuntusu nədi. Karyeram ərzində qırmızı vərəqə almamışdım. Azərbaycanda isə 3 dəfə meydandan kənarlaşdırılmışam və bunların ikisində məhz Rəhim Həsənov mənə qırmızı vərəqə göstərib. Özü də mənə qarşı edilən hərəkətlər qəsdən xəsarət yetirmək niyyəti ilə edilir. “İnter”lə oyunu izləyən hər kəs gördü ki, rəqibin 19 və 88 nömrəli futbolçuları fürsət düşdükcə ayağıma zərbə endirirdi. Belə olan halda yalnız hakim müdaxilə edərək rəqib futbolçunu vaxtında cəzalandırmalı idi. Oyun ərzində bir neçə dəfə mənə qarşı kobudluq edildiyini baş hakimə desəm də, o əvəzində yalnız gülməklə kifayətləndi. Buna görə də rəqib oyunçu kobudluğunu daha da artırır və məni təxribata çəkməyə çalışırdı. Gah futbol geyimimdən tutub çəkir, gah da ayağıma zərbə endirirdi. Buna baxmayaraq oyunu davam etdirirdim. Nəticədə “İnter”in simulyasiya etmiş futbolçusu sarı vərəqə aldı, mən isə meydandan uzaqlaşdırıldım. Gördünüz ki, həmin futbolçu sarı vərəqə alandan sonra necə ehtiyatla oynamağa başladı. Deməli onu vaxtında cəzalandırmaq lazım idi".
 
Flavinyo etirazını daha sonra bu fikirlərlə bildirib: "Bu cür hallara hələ nə qədər dözməliyəm? Təəssüf ki, AFFA-nın İntizam Komitəsi də epizoda obyektiv münasibət bildirmədi. Belə çıxır ki, əgər futbolçu texnikalı oyun göstərirsə, onu sındırmaq lazımdı. Bütün dünyada referilər gözəl oyunun qorunması üçün mənim kimi futbolçulara qarşı kobudluğa görə rəqibi dərhal cəzalandırırlar. Mən təkcə özümü demirəm. Azərbaycan çempionatında Riçard Almeyda, Reynaldo, Rəşad Sadiqov, Araz Abdullayev, Əfran İsmayılov, Elvin Məmmədov kimi topla çox yaxşı davranan oyunçular var. Əgər bu gün mənə qarşı belə münasibət göstərilirsə, sabah onlara qarşı da ediləcək. Bundan öncə də demişdim ki, meydanda belə rəftar nəinki karyeramı, hətta sağlamlığımı da zərbə altında qoya bilər. Başqa çempionatlarda matçın taleyini aparıcı oyunçular həll edir, Azərbaycanda isə oyunun hakimi ön plana çıxır. Bu cür hallara ədalətli qiymət verilməlidi. Mənim nə günahım var ki, iki oyunluq cəzalandırılıram? Cəzalanmalı olan varsa, o da baş hakim və mənə qarşı antifutbol oynayan futbolçulardı".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.