26 noyabr 2013 18:40
Mübariz Mənsimov: Xəzər Lənkəran azarkeşləri futbolçunu təhqir etmir
"Xəzər Lənkəran"ın fəxri prezidenti Mübariz Mənsimov Türkiyə mətbuatına müsahibə verib. Azerisport.az xəbər verir ki, Mənsimov müsahibəsində futbolçulara edilən təhqirlərdən söz açıb:
"Fənərbaxça"da yaxın dostlarım var. "Qalatasaray"lılar da məndən inciməsin, amma xalq komandası "Beşiktaş"dı. Keçmiş idmançılardan olmuşam, xuliqanlığı dəstəkləmirəm. İdmanda xuliqanlıq, təhqir olmazsa, yaxşı olar. Mənim Azərbaycanda klubum var. 9 milyon azəridən 3 milyonu bu komandanı dəstəkləyir. Lakin heç vaxt futbolçuları təhqir etmirlər. İdmanda təhqirə yol vermək lazım deyil. Futbolçunun anası bizim anamız, bacısı bizim bacımızdı".
