26 noyabr 2013 15:15
Mustafa Denizliyə daha iki köməkçi
“Xəzər Lənkəran”ın yeni baş məşqçisi Mustafa Denzilinin daha iki köməkçisi ola bilər. Azersiport.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, daha iki türk mütəxəssisin adı Denizliyə gələcək planlarını həyata keçirməyə yardımçı qismində hallanır.
İbrahim Üzülmez və qapıçılar üzrə məşqçi Zafer Ögerin adı ətrafında məlumat güman ki, doğrulacaq. Buna rəğmən Emin Quliyev və Covanni Melkiore öz vəzifəsində qalacaq.
