26 noyabr 2013 15:00
Qəbələ itkisiz ötüşmədi
“Qəbələ” futbol üzrə Topaz Premyer Liqasının 15-ci turu çərçivəsində "Rəvan” qarşı keçiriləcək oyuna hazırlığını davam etdirir. Azerisort.az xəbər verir ki, “radarlar”ın heyətində Rail Məlikovdan başqa heç bir zədəli yoxdur.
Ancaq “Qəbələ” itkisiz ötüşməyib. Sarı vərəqələrin sayına görə cəzalı vəziyyətə düşən braziyalı Leonardo bu oyunu buraxacaq.
