26 noyabr 2013 14:22

Aqil Nəbiyev: Qarabağ Azərbaycanın ən yaxşı komandasıdır

“Rəvan”ın müdafiəçisi Aqil Nəbiyev azerisport.az saytına müsahibəsində futbol üzrə Topaz Premyer liqasının 14-cü turu çərçivəsində “Qarabağ”a qarşı keçirilmiş oyun (0:0) və komandasının gələcək perspektivləri barədə danışıb.
 
- “Qarabağ”la oyun barədə nə deyə bilərsiniz?
- Maraqlı və gərgin oyun alındı. “Qarabağ” Azərbaycanın ən yaxşı komandasıdır. Rəqib fəal hücum edəndə bizə çox çətin idi. Biz ev oyunlarımızı süni örtüklü meydanda keçiririk və hər dəfə təbii meydana keçmək bizə çətindir. Çətinliklərə baxmayaraq biz sona qədər mübarizə apardıq və bir xal əldə etdik.
 
- Ümumiyyətlə, komandanız rəqib qapısına zərbə endirdi?
- Birinci hissədə Miloş Adamoviç qapıya zərbə endirdi. Belə isə, bizim doğrudan da az qol vəziyyətlərimiz vardı.
 
- Deməli, “Rəvan” ancaq heç-heçəyə oynayırdı?
- Müdafiəçi kimi harada oynamağımdan asılı olmayaraq, ilk növbədə istəyirəm ki, komandam qol buraxmasın. Bir xal bizi tam qane edir.
 
- Heç-heçələrə belə meylliklə komanda nəticədə ən yaxşı halda doqquzuncu yeri tutacaq.
- Hələ çempionatda kimin hansı pilləni tutacağı məlum deyil. Qışda biz güclənəcəyik.
 
- “Rəvan”a nəyi gücləndirmək lazımdır?
- Bizim hücum xəttində çatışmazlıqlarımız var. Bu problemi ilk növbədə aradan qaldırmaq lazımdır.
 
- Ümumiyyətlə, bu mövsümdə “Rəvan” nə uğrunda mübarizə aparacaq? Premyer-liqadan avrokuboklara çıxmaq çətin ki mümkün olsun.
- Çempionat hələ başa çatmayıb. İndi nə uğrunda mübarizə aparacağımızı demək çətindir. Yarış cədvəlində tədricən yüksəyə qalxmaq üçün, hər oyunda xallar qazanmaq lazımdır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.