26 noyabr 2013 14:00

Topaz Premyer Liqası: AFFA İntizam Komitəsinin qərarları

AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında müvafiq qərarlar qəbul edilib. Azerisport.az AFFA-ya istinadən xəbər verir ki, İntizam Komitəsi növbəti qərarları qəbul edib:
 
Topaz Premyer Liqasının 14-cü turunun “Qəbələ” - AZAL oyunun 33-cü dəqiqəsində “Qəbələ” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunub;
 
Topaz Premyer Liqasının 14-cü turunun “Bakı” - “Xəzər Lənkəran” matçı başa çatdıqdan sonra “Xəzər Lənkəran” klubunun baş məşqçisi Con Toşak oyunsonrası keçirilən mətbuat  konfransında iştirak etmədiyi üçün klub 1000 manat cərimə olunub;
 
Topaz Premyer Liqasının  14-cü turunun “İnter” - “Neftçi” matçında “Neftçi” klubunun 4, “İnter” klubunun 5  futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 1000 manat cərimə olunub;
 
Oyununun 63-cü dəqiqəsində “Neftçi” klubunun 9 №-li futbolçusu Flavinyo aqressiv oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanıb, klub 2000 manat cərimə olunub;
 
Oyun başa çatdıqdan sonra “Neftçi” klubunun 3 №-li futbolçusu Denis Silva Kruzun “İnter” klubunun 88 №-li futbolçusu Meza Kolli Derlisə qarşı aqressiv hərəkətinə görə futbolçu 3 oyunluq cəzalanıb, klub 3000 manat cərimə olunub.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.