26 noyabr 2013 13:50
Toşakın Azərbaycanda son cəriməsi
“Xəzər Lənkəran” 1000 manat məbləğində cərimə edilib. Azerisport.az xəbər verir ki, buna səbəb, futbol üzrə Topaz Premyer liqasının 14-cü turu çərçivəsndə “Bakı”ya qarşı keçirilmiş oyundan sonra, cənubluların artıq sabiq baş məşqçisi Con Toşakın mətbuat konfransına gəlməməsidir.
Xatırladaq ki, uelsli mütəxəssis “Bakı”ya 0:3 hesablı məğlubiyyətdən sonra səhhətindəki fəsadları əsas gətirərək, mətbuat konfransına qatılmamış, həmin axşam isə özünü istefasını bəyan etmişdi.
