25 noyabr 2013 00:59

Premyer Liqada 50-ci ev qələbəsi

Topaz Premyer Liqasının 14-cü turunda AZAL-ı 1:0 hesabı ilə məğlub edən “Qəbələ” ölkə çempionatlarının güclülər dəstəsində 50-ci qələbəsini qazanıb. Azerisport.az xəbər verir ki, 2006/07 mövsümündən yüksək liqada çıxış edən “qırmızı-qaralar” yubiley qələbəsinə 109-cu matçda nail olub.
 
Öz meydanında 25 heç-heçə və 34 məğlubiyyəti də olan qəbələlilər çempionatdakı ev matçlarında 130-cu qolu da vurub. Bu topun müəllifi Leonardo da Silva olub. Bu 109 matçda qonaqlar 94 dəfə fərqlənib. 
 
“Qəbələ” çempionatda ilk ev qələbəsini 2006-cı il noyabrın 27-də qazanıb. Həmin vaxt “Gilan” adlanan komanda “Gənclərbirliyi”ni məğlub edib – 2:0. 2010-cu il oktyabrın 16-da qeydə alınan “Muğan” üzərində eyni hesablı qələbə isə 25-ci olub.
 
Ümumilikdə isə bütün yarışlarda üst-üstə 281 oyun keçirən “Qəbələ” 120-ci dəfə meydanı qalib kimi tərk edib. Bunların 83-ü Premyer Liqa, 22-si I dəstə, 15-i ölkə kubokuna təsadüf edib.
 
Bundan başqa, “qırmızı-qaralar”ın bir sıra uğurlu seriyaları diqqət çəkir. Ardıcıl 5 oyundur öz meydanındakı qarşılaşmaları qol vurmadan tərk etməyən Yuri Syominin yetirmələri son 2 görüşdə qonaqları  “quru” hesabla məğlub edib. Komandanın polşalı qapıçısı David Petrkeviç isə son 2 matçda qol buraxmamaqla “Qəbələ”dəki 2-ci “quru” matçını keçirib.
 
Qələbə qolunun müəllifi Leonardo da Silva mövsümdə 5-ci dəfə fərqlənib. Bununla da o, komandanın 2013/14 mövsümündə ən məhsuldar futbolçusu olub. Braziliyalı legioner 4 qol vuran Daniyel Subotii arxada qoymağı bacarıb. Klubda ilk mövsümünü keçirən Leonardo “Qəbələ” karyerasında 5 və daha çox qol vuran 24-cü futbolçudu. Bütün qollarını Premyer Liqada vuran legioner çempionatda ən azı bu qədər qol sevinci yaşayan 16-cı oyunçudu.
 
Qeyd edək ki, AZAL-la qarşılaşma Dodonun Premyer Liqada 75-ci oyunu olub. (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.