25 noyabr 2013 00:47
Yığmamızın üzvü 48 dəqiqə oynadı, komandası 1 xalla kifayətləndi
Futbol üzrə Almaniyanın Regional Liqasında növbəti turun oyunları keçirilir. Azerisport.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Əli Gökdəmirin çıxış etdiyi "Hannover"in ikinci komandası 17-ci tur çərçivəsində "Vilhelmşaven"i qəbul edib.
Oyun 2:2 hesabı ilə başa çatıb. Millimizin üzvü meydana start heyətində çıxıb və 48-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, "Hannover" 17 turdan sonra 21 xalla 10-cu pillədə qərarlaşıb.
