25 noyabr 2013 12:33
Toşak bu gün Bakını tərk edir
"Xəzər-Lənkəran" klubunun keçmiş baş məşqçisi Con Benjamen Toşak hələ Azərbaycandadı. Azərisport.az xəbər verir ki, bu gün bütün işlərini qaydasına salacaq mütəxəssis axşam saatlarında paytaxtı tərk edəcək. Toşak artıq "Xəzər-Lənkəran" rəhbərliyi ilə görüşüb və vidalaşıb. Onunla birgə yaxınları da Bakını tərk edəcək.
