25 noyabr 2013 12:22

Mustafa Dənizli: Türkiyə və Azərbaycan futbolu arasında əlaqələrin inkişafında missiyaçı da ola bilərik

Azerisport.az sizi “Xəzər Lənkəran” futbol klubunun baş məşqçi postuna namizəd Mustafa Dənizlinin müsahibəsi ilə tanış edir.
 
- Sizi yeni təyinatınız münasibətilə təbrik etmək olar?
- Hazırda Türkiyədəyəm. Bu gün və ya sabah Azərbaycanda olacağam. Hər şey xeyirli olarsa, təbrik edə bilərsiniz.
 
- Klub rəhbərliyindən kiminlə görüşmüsünüz?
- 3-4 gün öncə “Xəzər Lənkəran”ın fəxri prezidenti Mübariz Mənsimovla görüşdüm. Ümumi danışdıq. Bir fürsət olarsa, Türkiyə və Azərbaycan futbolu arasında əlaqələrin daha da inkişafında missiyaçı da ola bilərik. Türkiyə futbolunun təcrübəsinin köməyi olarsa, bu işi də yerinə yetirə bilərəm.
 
- Heç ölkəmizdə olmusunuz?
- İllər öncə gəlmişdim. Amma bu səfər şəxsi işlərimlə bağlı idi.
 
- Klubun hazırkı durumundan məlumatlısınız?
- Bəli. Bilirəm ki, klubun prezidenti Mübariz Mənsimovun qardaşı Mais bəydir. Komanda bu mövsüm elə də yaxşı vəziyyətdə deyil, hazırda 10 komanda arasında 8-cidir. Amma görəv alsaq, çalışacağıq ki, “Xəzər Lənkəran”ı bu durumdan çıxaraq.
 
- Bəs “Xəzər Lənkəran”ın bölgə komandası olması sizə çətinliklər yaratmayacaq?
- Bunlar önəmli deyil. Mənim üçün komandanın bazası, şəraiti daha vacibdir.
 
- Türkiyə və Azərbaycan futbolu arasındakı vasitəçilikdən danışdınız. Bəs Azərbaycan milli komandasından təklif almamısınız?
- Xeyr, belə bir təklif yoxdur. Bununla əlaqədar bir şey deyə bilmərəm.
 
- “Xəzər Lənkəran”ın baş məşqçi postuna təyinatınızın rəsmiləşməsi nə zaman mümkün ola bilər?
- Hazırda işlər müsbətə doğru gedir. İlkin anlaşma var. Amma müqavilə bağlamamış danışmaq doğru olmaz. Üzr istəyirəm, hazırda İstanbulda səhər erkəndir, yollar tıxacdır. Üstəlik, sükan arxasında telefonla danışmağa da icazə yoxdur.
 
- Yolunuz hava limanınadır?
 - Xeyr, hazırda qızımı işə aparıram. Amma yaxın günlərdə yolum hava limanına doğru da olacaq (gülür).
 
(Lent.az)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.