25 noyabr 2013 00:14

Liderlər üçün qara tur

Milli komandaların oyunları il əlaqədar Topaz Premyer Liqasında yaranan fasilə başa çatdı və geridə qalan 3 gündə 14-cü turun oyunları baş tutdu. Azerisport.az xəbər verir ki, çempionatın 14-cü turu bir sıra maraqlı məqamlarla yaddaqalan oldu.
 
Açılış oyununda "Bakı" öz meydanında "Xəzər Lənkəran"ı qəbul etdi. Bu görüş öncəsi 25 dəfə qarşılaşan rəqiblər eyni sayda (7) qələbəyə malik idilər. 11 görüşdə isə heç-heçə qeydə alınmışdı. Öz meydanında sonuncu dəfə 4 il əvvəl uduzan “Bakı” ardıcıl 6 matçdı qonaqlara məğlub olmurdu. “Xəzər Lənkəran” isə son 2 səfərdən xalsız qayıtmışdı. Con Toşakın rəhbərliyi altında uğursuz zolaqdan heç vəchlə yaxa qurtara bilməyən cənub təmsilçisi bu görüşdən mütləq qalib ayrılmalıydı. Amma "zolaqlılar"ın da doğma meydanda qələbə qazanmaqdan başqa çıxış yolu yox idi. Bu, həm də ilk dövrədə Lənkəranda qeydə alınan 1:2 hesablı məğlubiyyəti unutdurmaq baxımından önəmliydi. Gözlənildiyi kimi, bu görüşdə daha yaxşı vəziyyətdə olan paytaxt klubu qalib gəldi. Özü də Milinko Pantiçin yetirmələri rəqibini darmadağınla yola saldı. Budəfəki məğlubiyyət Toşaka baha başa gəldi. Onsuz da son dövrlərdəki uğursuzluqlardan boğaza yığılan cənublu azarkeşlərin istefa tələbləri nəhayət "Bakı"ya biabırçı məğlubiyyətdən sonra yerinə yetirildi. Uelsli mütəxəssis qarşılaşmadan dərhal sonra komandadan getdiyini bəyan etdi. İndi "ağ-yaşıllar"ın hələlik bəlli olmayan yeni baş məşqçisinin kim olacağı, komandanı uğursuz zolaqdan necə çıxaracağı maraqla gözlənilir.

"Qəbələ" doğma divarlar arasında AZAL-la üz-üzə gəldi. Paytaxt təmsilçisi 16-cı dəfə qarşılaşacağı “Qəbələ” ilə qarşılaşmalarda üstünlüyə malik idi. Bu komanda əvvəlki qarşılaşmalarda 7 qələbə qazandığı halda, bölgə təmsilçisinin aktivində 3 qələbə vardı. Daha 5 görüşdə tərəflər xalları yarı bölmüşdülər. AZAL səfərdə keçirdiyi son 5 matçda qələbəyə həsrət idi. Öz meydanında sonuncu dəfə 6 il əvvəl uduzan “Qəbələ” isə ardıcıl 3 ev görüşündə bərabərliklə kifayətlənmişdi. Liderlərin əsas izləyicisi olan Yuri Syominin komandası ən azı onlardan ayrı düşməmək üçün mütləq qələbə qazanmağı hədəfləmişdi. Artıq uzun müddətdi qələbə üzünə həsrət qalan Vaqif Sadıqovun yetirmələri də uğursuz gedişata son qoymaq istəyirdilər. Bakılılar həm də ilk dövrədəki 1:2 hesablı yenilginin qisası barədə də düşünürdülər. Lakin "təyyarəçilər"in "Qəbələ"yə müqaviməti yalnız 72 dəqiqə sürdü. Leonardo da Silvanın vurduğu möhtəşəm qol AZAL-ın növbəti məğlubiyyəti ilə nəticələndi. Syominin komandası isə növbəti 3 xal sayəsində liderlərə bir qədər də yaxınlaşdı.
 
“Sumqayıt” doğma azarkeşlərinin gözü qarşısında “Simurq”la münasibətlərinə aydınlıq gətirdi. “Sumqayıt” tarixi ərzində “Simurq”dan xal ala bilməmişdi (!). Əvvəlki 7 qarşılaşmanın hamısında (!) qalib gələn Zaqatala təmsilçisi səfər oyunlarında minimal fərqlə üstün olmuşdu. Elə bu dəfə də sözügedən komanda Sumqayıtda minimal hesablı qələbəyə sevindi. Georgi Çixradzenin komandası vəziyyətini qismən də olsa, yaxşılaşdırmağa nail oldu. Aqil Məmmədovun yetirmələri isə sonuncu pillədən yaxa qurtarmaq üçün ən azı növbəti tura qədər səbr etməlidilər.
 
Turun mərkəzi oyunu “Şəfa”da “İnter” və “Neftçi” arasında baş tutdu. 37-ci paytaxt derbisi ərəfəsində üstünlük “Neftçi”nin tərəfindəydi. “Ağ-qaralar” bu oyunda qalib gələcəyi halda yubiley – 20-ci qələbəsini bayram edəcəkdi. "Bankirlər"in isə əvvəlki oyunlarda cəmi 6 qələbəsi vardı. Daha 11 görüşdə isə paytaxt klubları sülhə razılaşmışdılar. “İnter” son 7 oyunda qalib gələ bilmirdi. Nazim Süleymanovun komandası liderliyini davam etdirmək üçün mütləq derbini qalib başa vurmalıydı. Amma qeyri-sabit çıxışla seçilən "İner"ə də qələbə çox lazım idi. Görünür, məhz bu istəkdən irəli gəlirdi ki, "bankirlər" bu dəfəki derbini daha yüksək səviyyədə keçirərək qələbə qazanmağa nail oldu. Təbii ki, bundan qonaqların yarımmüdafiəçisi Flavinyonun qırmızı vərəqə alaraq komandasını çətin vəziyyətdə qoyması da sözünü dedi. Amma oyundan sonra baş verənlər meydanda cərəyan edənləri tamamilə unutdurmuş oldu.
 
Nəhayət, turun son oyun günündə “Qarabağ” “Rəvan”ı qəbul etdi. "Rəvan" indiyə qədər Ağdam klubuna heç vaxt qalib gəlməmişdi. 3 görüşdə heç-heçə qeydə alındığı halda qalan iki matçı Ağdam klubu qazanmışdı. Ağdamlılar “Rəvan”la ev oyunlarında qol da buraxmamışdı. "Neftçi" ilə şərikli liderliyini davam etdirən Qurban Qurbanovun komandası autsayderlər qrupunda qərarlaşan "aslanlar"ı yenməyə bocrluydu. Bunu şərtləndirən amillərdən biri də bir gün öncə "Neftçi"nin turu məğlub başa vurmasıydı. Amma "Qarabağ" bu şansdan yararlana bilmədi. Şahin Diniyevin rəhbərliyi altında 3 xala həsrət qalan "Rəvan" bu istəyinə yenə son qoya bilməsə də, əsas favoritlərin birindən 1 xal almağa nail oldu. Nəticədə, bu 1 xal "Qarabağ"ı vahid lider etdi.
 
Topaz Premyer Liqası
14-cü tur
 
QƏBƏLƏ - AZAL - 1:0
Qol: Leonardo da Silva, 72.
Sarı vərəqələr: Dodo, 36 (qeyri-idman hərəkəti); Viktor Mendi, 65 (qeyri-idman hərəkəti); Leonardo da Silva, 82 (qeyri-idman hərəkəti) - Viktor İqbekoyi, 34 (perspektivli hücumun qarşısını aldığına görə).
Hakimlər: Fariz Yusifov, Knyaz Əmiraslanov, İsgəndər Əliyev, Fərid Məmmədov.
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Ömər Paşayev.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Fazil Mürşüdov.
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 3 dəq.
22 noyabr 2013. Bakı. Qəbələ şəhər stadionu. 1000 tamaşaçı.
 
Qəbələ: 27. David Petrkeviç, 6. Vladimir Levin (k), 8. Nizami Hacıyev, 10. Dodo, 11. Yannik Kamanan (9. Viktor Mendi, 62), 14. Lorenzo Ebesilyo, 18. İbrahima Niasse, 31. Daniel Subotiç (19. Abdulvahid Afolabi, 62), 36. Elnur Allahverdiyev, 42. Leonardo da Silva (3. Nikola Valentiç, 89), 88. Müşfiq Teymurov. 
Ehtiyat oyunçular: 25. Dieqo Kosta, 4. Amit Quluzadə, 5. Sadiq Quliyev, 22. Assis Rodriqes.
Baş məşqçi: Yuri Syomin.
AZAL: 1. Ruslan Məcidov, 2. Xuan Fransisko, 4. Xose Junior Aylton, 7. Cavid Tağıyev (22. Ruslan Tağızadə, 74), 10. Con Oluremi (21. Rey Məmmədbəyli, 80), 15. Oskar Klava, 17. Viktor İqbekoyi (k), 20. Branislav Arsenyeviç, 23. Tural Nərimanov, 30. Yuri Fomenko (8. Qərib İbrahimov, 72), 31. Şəhriyar Rəhimov.
Ehtiyat oyunçular: 12. Cahangir Həsənzadə, 6. Natiq Kərimi, 25. Adil Nağıyev, 28. Emin Cəfərquliyev.
Baş məşqçi: Vaqif Sadıqov.
 
BAKI - XƏZƏR LƏNKƏRAN - 3:0
Qollar: Cavid Hüseynov, 66, Risto Ristoviç, 70, Mindauqas Kalonas, 84.
Sarı vərəqələr: Elvin Məmmədov, 34 (qeyri-idman hərəkəti); Vüqar Mustafayev, 86 (qeyri-idman hərəkəti).
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Zeynal Zeynalov, Ramiz Məhərrəmov.
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Orxan Məmmədov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Əli Hüseynov.
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 3 dəq.
22 noyabr 2013. “Bakı” FK-nın təlim-məşq bazasının stadionu. 300 tamaşaçı.
 
Bakı: 25. Elxan Əhmədov, 2. Deyvidas Çesnauski, 3. Yure Travner, 4. Pedro Mario Alvares, 5. Ruben Qonsales, 11. Rauf Əliyev (k) (22. Namiq Ələsgərov, 86), 17. Risto Ristoviç (15. Alberto Noquera, 80), 20. Mindauqas Kalonas, 21. Elvin Məmmədov (8. Cavid Hüseynov, 62), 23. Lukas Mario Horvat, 31. Vüqar Mustafayev.
Ehtiyat oyunçular: 1. Aqil Məmmədov, 16. Xavyer Junior Vilson, 19. Marius Pena, 34. Şəhriyar Əliyev.
Baş məşqçi: Milinko Pantiç.
Xəzər Lənkəran: 33. Duqlas Leyte, 3. Vanderson Skarduelli, 4. Alvaro Silva, 6. Rasim Ramaldanov, 10. Elnur Abdullayev, 12. Junior Nildo (7. Sadio Tounkara, 46), 14. Rahid Əmirquliyev (k), 20. Etame Mbilla, 22. Deyvid Sakkoni (11. Zohair Benuahi, 47), 27. Adrian Skarlatake, 55. Ağabala Ramazanov (17. Kazım Kazımlı, 66).
Ehtiyat oyunçular: 1. Orxan Sadıqlı, 18. Tural Cəlilov, 21. Radomir Todorov, 23. Nikola Qliqorov.
Baş məşqçi: Con Toşak.
 
SUMQAYIT - QƏBƏLƏ - 0:1
Qol: Stepan Polyak, 42.
Sarı vərəqələr: Slavik Alxasov, 32 (qeyri-idman hərəkəti); Məhəmməd Mirzəbəyov, 68 (qeyri-idman hərəkəti) - Rəşad Eyyubov, 82 (qeyri-idman hərəkəti).
Hakimlər: Vüsal Əliyev, Elşən Acalov, Munis Abdullayev, Tahir Əhmədov.
AFFA nümayəndəsi: Adil Nadirov.
Hakim-inspektor: Gülağa Cabarov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
22 noyabr 2013. Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu.700 tamaşaçı.
 
Sumqayıt: 1. Anar Nəzirov, 2. Slavik Alxasov, 3. Vurğun Hüseynov, 8. Aqşin Muxtaroğlu (4. Samir Abasov, 42), 9. Orxan Əliyev (20. Sabir Allahquliyev, 63), 10. Ruslan Qurbanov, 17. Adil İbrahimov, 18. Aleksandr Çertoqanov (k), 21. Məhəmməd Mirzəbəyov, 27. Nurlan Novruzov (11. Ruslan Nəsirli, 81), 86. Elşən Abdullayev.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 5. Kərim Diniyev, 15. Nodar Məmmədov, 77. Mirzağa Hüseynpur.
Baş məşqçi: Aqil Məmmədov.
Simurq: 1. Pavel Kapsa, 2. İlkin Qırtımov (k), 5. Anderson Oliveyra, 8. Patrik Osiako, 10. Rəşad Eyyubov (7. Ruslan Poladov, 83), 11. Draqan Çeran, 15. Stepan Polyak (28. Nenad Kiso, 82), 18. Tural Axundov, 20. İdan Vaytsman, 30. Raul Kostin, 77. Nicat Qurbanov (16. Məhərrəm Hüseynov, 90).
Ehtiyat oyunçular: 35. Amil Ağacanov, 4. Dilaver Zrnanoviç, 6. Taqim Novruzov, 22. Salif Ballo.
Baş məşqçi: Georgi Çixradze.
 
İNTER - NEFTÇİ - 3:1
Qollar: Vaqif Cavadov, 33; 77, Aleksandr İaşvili, 81 - Karlos Kardoso, 65.
Sarı vərəqələr: Ruslan Əmircanov, 16 (qeyri-idman hərəkəti); Derlis Meza Kolli, 63 (qeyri-idman hərəkəti); İvan Benites, 63 (qeyri-idman hərəkəti); Arif Daşdəmirov, 73 (qeyri-idman hərəkəti); Baçana Sxadadze, 90+3 (qeyri-idman hərəkəti) - Karlos Kardoso, 14 (qeyri-idman hərəkəti); Erik Ramos, 38 (qeyri-idman hərəkəti); Araz Abdullayev, 73 (qeyri-idman hərəkəti); Mahir Şükürov, 90+3 (qeyri-idman hərəkəti)
Qırmızı vərəqə: Flavinyo, 63 (rəqibi vurduğuna görə).
Hakimlər: Rəhim Həsənov, Mübariz Haşımov, Namiq Hüseynov, Nail Nağıyev.
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Qürbət Həsənov.
Hakim-inspektor: Murad Məmmədov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 4 dəq.
23 noyabr 2013. Bakı. “Şəfa” stadionu. 1000 tamaşaçı.
 
İnter: 1. Georgi Lomaya, 4. İvan Benites, 5. Slavço Georgiyevski, 7. Ruslan Əmircanov, 9. Aleksandr İaşvili (33. Matija Spiçiç, 90), 19. Sezar Meza Kolli (11. Asif Məmmədov, 82), 20. Brüs Abdulay, 21. Arif Daşdəmirov, 47. Abdulla Abatsiyev, 70. Vaqif Cavadov (k) (28. Baçana Sxadadze, 90+2), 88. Derlis Meza Kolli.
Ehtiyat oyunçular: 25. Səlahət Ağayev, 8. Mikel Alvaro, 14. İlqar Ələkbərov, 40. Joao Paulo.
Baş məşqçi: Kaxaber Sxadadze.  
Neftçi: 1. Pavel Doroşev, 2. Karlos Kardoso, 3. Denis Silva (11. Melvin Platye, 87), 6. Rəşad Sadiqov (k), 7. Araz Abdullayev, 9. Flavinyo, 10. Cavid İmamverdiyev (19. Mirhüseyn Seyidov, 46), 15. Erik Ramos, 16. Bruno Bertuççi, 22. Mahir Şükürov, 90. Ernest Nfor (14. Bahodır Nasimov, 58).
Ehtiyat oyunçular: 34. Ziyadxan Məmmədov, 5. İqor Mitreski, 28. Emin Mehdiyev, 32. Elvin Yunuszadə.
Baş məşqçi: Nazim Süleymanov.
 
QARABAĞ - RƏVAN - 0:0
Sarı vərəqələr: Namiq Yusifov, 13 (rəqibi tutduğuna görə); Hacı Əhmədov, 87 (qeyri-idman hərəkəti) - Cəmşid Məhərrəmov, 35 (rəqibi tutduğuna görə); Rəşad Abdullayev, 37 (bilərəkdən əllə oyun).
Hakimlər: Rauf Cabbarov, Coşqun Həsənov, Rza Məmmədov, Mahir Məmmədov.
AFFA nümayəndəsi: Oqtay Abdullayev.
Hakim-inspektor: Məhəmməd Məmmədov.
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 3 dəq.
24 noyabr 2013. Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. 700 tamaşaçı.
 
Qarabağ: 13. İbrahim Sehiç, 2. Qara Qarayev (6. Hacı Əhmədov, 46), 5. Maksim Medvedev, 7. Namiq Yusifov, 9. Reynaldo Silva, 14. Rəşad Sadıqov (k), 25. Ansi Aqolli, 41. Corc Leroy (17. Vüqar Nadirov, 75), 55. Bədavi Hüseynov, 70. Çumbinyo, 99. Nikolas Gelaşvili (10. Muarem Muarem, 83).
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 11. Ulrix Kapolonqo, 18. İlqar Qurbanov, 44. Eltun Yaqublu.
Baş məşqçi: Qurban Qurbanov.
Rəvan: 1. Lukaş Sapela, 5. Aqil Nəbiyev, 8. Frederik Holster (11. Kamil Nurəhmədov, 46), 9. Elnur Abdulov, 14. Xuan Manuel Varea, 19. Hüseyn Axundov (6. Ceyhun Cavadov, 65), 20. Miloş Adamoviç, 21. Novruz Məmmədov (k), 27. Rəşad Abdullayev (17. Ramazan Abbasov, 79), 30. Cəmşid Məhərrəmov, 38. İvan Pexa.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 24. Yamin Ağakərimzadə, 25. Ayaz Mehdiyev, 33. Sohib Savankulov.
Baş məşqçi: Şahin Diniyev.
 
1 Qarabağ 14 8 5 1 25 8 +17 29
2 Neftçi 14 8 4 2 21 12 +9 28
3 Qəbələ 14 8 2 4 21 13 +8 26
4 Bakı 14 6 3 5 25 16 +9 21
5 İnter 14 6 2 6 24 19 +5 20
6 Simurq 14 4 6 4 12 12 0 18
7 AZAL 14 4 5 5 12 17 –5 17
8 XL 14 3 5 6 10 20 –10 14
 9 Rəvan 14 1 6 7 8 25 –17 9
10 Sumqayıt 14 1 4 9 6 22 –16 7
 
Bombardirlər:
7 - Vaqif Cavadov (İnter).
6 - Əfran İsmayılov (Bakı), Mindauqas Kalonas (Bakı).
5 - Reynaldo (Qarabağ), Baçana Sxadadze (İnter), Bahodir Nasimov (Neftçi), Nikolas Gelaşvili (Qarabağ), Leonardo da Silva (Qəbələ).
4 - Rauf Əliyev (Bakı), Junior Nildo (Xəzər Lənkəran), Daniel Subotiç (Qəbələ), Çumbinyo (Qarabağ).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.