25 noyabr 2013 11:40
Rəşad Sadıqov: Başa düşmürəm ki, niyə belə sualları məhz mənə verirlər
“Qarabağ”ın kapitanı Rəşad Sadıqov azerisport.az saytına müsahibəsində futbol üzrə Topaz Premyer liqasının 14-cü turu çərçivəsində “Rəvan”a qarşı keçirilmiş oyundan (0:0) danışıb.
- Birinci dövrədə olduğu kimi bu dəfə də komandanıza “Rəvan”ı məğlub etmək müyəssər olmadı. Oyun barədə nə deyə bilərsiniz?
- Hamı komandamızın 90 dəqiqə necə hücum etdiyini gördü. Qələbəyə yaxın idik. Ancaq qol vura bilmədik.
- “Qarabağ” iyirmiyə yaxın qol vəziyyəti yaratdı, ancaq bir qol belə vura bilmədi. Bu, nə ilə bağlıdır?
- Rəqibin qapıçısı etibarlı oyun göstərdi. Həmçinin, “Rəvan”ın müdafiəsi fədakar oynadı. Oyunçularımız bir neçə vəziyyətdə qeyri-dəqiq oldular.
- Demək, hücumameylli oyunçuların qol vura bilməyəcəyini görüb, ikinci hissənin sonunda siz hücuma keçdiniz?
- Rəqib tamamilə qapanmışdı və mən hücum edən futbolçulara kömək etmək istədim. Müdafiədə işsiz qalmaq istəmirdim.
- Oyundan sonrakı mətbuat konfransında Qurban Qurbanov qeyd etdi ki, yığmadan sonra komandada oynamaq həmişə çətindir. Hesab etmirsiniz ki, bu problem mütəmadi hal alıb?
- Bu problemi həll etmək mümkün deyil. Oyuna cəmi ikicə gün hazırlaşmışıq. Bizim oyundan bir gün əvvəl Dortmund “Borrusiya”sı və Münhen “Bayern”i oynamışdı (0:3). Adətən bu komandalar arasında oyun daha yüksək sürətdə keçir. Bu dəfə oyun zəif alındı. Belə ki, hər bir komandada yığma oyunçuları vardı. Əgər Almaniya çempionatında belə hallar təzahür edirsə, bizim çempionat haqda nə deyə bilərik?
- Siz bir neçə epizodda bir neçə dəfə kifayət qədər sərt tərzdə “Rəvan”ın oyunçularına fikrinizcə vaxt apardıqlarına görə iradlarını bildirdiniz.
- Başa düşmürəm ki, niyə belə sualları məhz mənə verirlər. Belə hallar bütün dünyada baş verir. Niyə məhz mən rəqib oyunçuya yaxınlaşanda bu, xüsusi ilə qarşılanır.
- Yəqin ona görə ki, siz bilavasitə futbolçusunuz.
- Mən aşkar vaxt aparan rəqib oyunçuya yaxınlaşdım. Mən yanaşan kimi, o, dərhal qalxdı. Əgər mən yaxınlaşmasaydım, o, meydanda sərili qalacaqdı. Sonra xərək gətirəcəkdilər, həkimlər buyuracaqdı.
- Heç-heçə komandaya məğlub olmuş “Neftçi”dən aralanmaq imkanı vermədi.
- Bəli. Ancaq biz bir xal alıb vahid lider olduq. Düşünürəm ki, elə də pis deyil. Axı çempionat yarış cədvəli baxımından çox gərgin keçəcək.
