25 noyabr 2013 11:19

Dənizli Azərbaycana gəlir

Türkiyənin nüfuzlu TRT kanalı Azərbaycanın "Xəzər Lənkəran" klubunun yeni baş məşqçisinin adının yaxın günlərdə elan olunacağını bildirib. Azerisport.az xəbər verir ki, kanalın hazırladığı süjetdə Con Toşakın istefaya göndərildiyi, onun əvəzinə Mustafa Dənizli ilə danışıqlara başlandığı söylənilir.

"Xəzər Lənkəran" Azərbaycanın ən imkanlı klublarından biridi. İllik büdcəsi milyonlarla ölçülür. Amma komanda uğursuzluqdan çıxa bilmir. Hətta Con Benjamen Toşak da Lənkəran komandasına kömək edə bilmədi. Nəticədə Toşak istefaya göndərildi. İndi onun yerini Mustafa Dənizli tuta bilər. Klubun sahibi, Türkiyədə böyük layihələr icra edən Mübariz Mənsimovdu. Milyarder Mənsimov artıq Dənizliylə görüşüb planlarını açıqlayıb. Məşqçidən yanvarda güclü transferlər edilməsi və komandanı uğurlara daşınması tələb olunub. Mustafa Dənizli 1 gün sonra klubun Bakıdan gələn rəsmisiylə görüşüb müqavilə detallarını müzakirə edib. Hazırda məşqçi son qərarını açıqlamayıb. Lakin onun Azərbaycana gedəcəyi gözlənilir. Mübariz Mənsimov məşqçiyə tələsməməyi, Lənkərana səfər edib şəraitlə tanış olmağı məsləhət görüb. Mustafa Dənizli bu gün Bakıya, oradan isə Lənkərada gedəcək. İmkan daxilində komandanın oyununu izləyəcək".

Mustafa Dənizli "Xəzər Lənkəran"ın iki oyununu izləyib və artıq müəyyən məlumata malikdi. TRT-yə açıqlamasında daha 2 təklifin olduğunu deyən Mustafa bəy hələlik son qərarı açıqlamadığını bildirib: "Mübariz Mənsimov ünlü bir iş adamıdı. O, komandasının çempion olmasını istəyir. Azərbaycan çempionatı asan turnir deyil. Sizə elə gəlməsin ki, Azərbaycanda futbol zəifdi. Sadəcə, xaricdə çalışdığım üçün mənim müəyyən təcrübəm var. O, mənada Azərbaycanda çalışmağım mümkündü. Son qərar yaxın günlərdə verəcəm".

Mübariz Mənsimovla görüşdən sonra digər klub rəsmisi Mustafa Dənizliyə 2 illik müqavilə təklif edib. Üstəlik bütün transfer çalışmalarını məşqçi həll edəcək. Maddi cəhətdən heç bir problem olmayacağı bildirilib. İlkin şərtlər Dənizlini razı salıb. Onun həftəsonuna qədər müqaviləyə imza atacağı deyilir. Azərbaycanda çoxlu sayda türk məşqçilər çalışıb. Rasim Kara, Bülənt Qorxmaz, Mehmet Ak və sair. Amma uğur qazanan çox azdı. Yalnız Rasim Kara "Xəzər Lənkəran"la avrokuboklara vəsiqə qazanmağa bacarıb".

Qeyd edək ki, mütəxəssis məşqçi karyerasına "Qalatasaray"da başlayıb. Sonrakı illərdə vətənində "Kocaelispor", "Fənərbaxça", "Manisaspor", "Beşiktaş", Almaniyada "Aalen", İranda PAS və "Persopolis" klublarını, Türkiyə yığmasını çalışdıran Dənizlinin sonuncu klubu "Çaykur Rizəspor" olub.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.