25 noyabr 2013 21:55
Dadaşovsuz Kayzerslautern uduzdu
Almaniyada Regionalliqanın 17-ci tur oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun klubu “Kayzerslautern”in ikinci komandası səfərdə “Homburq”a 0:2 hesabı ilə məğlub olub.
Qeyd edək ki, Rüfət Dadaşov bu oyunda meydana çıxmayıb.
Hazırda “Kayzerslauter” 17 oyundan 26 xalla 8-ci sırada qərarlaşıb.
