25 noyabr 2013 21:33
Denis Silva: Yersiz əsəbiləşdik
“Neftçi”nin müdafiəçisi Denis Silva futbol üzrə Topaz Premyer liqasının 14-cü turunda “İnter”ə 1:3 hesablı məğlubiyyət haqda azerisport.az saytına danışıb.
“Bizim üçün çox çətin oyun alındı. Ancaq düşünürəm ki, biz növbəti oyuna gücümüzü toplayacaq və səhvlərimizi düzəldərək yaxşı nəticə əldə edəcəyik. “İnter”lə oyunda yersiz əsəbiləşdik. Hesab edirəm ki, oyunda səhvlərin səbəbi də bundadır”.
