25 noyabr 2013 17:25
Sxadadzenin 100-cü qələbəsi
Topaz Premyer Liqasının 14-cü turunun “Neftçi” ilə oyunundakı 3:1 hesablı qələbə “İnter”in baş məşqçisi Kaxaber Sxadadze üçün əlamətdar olub. Azerisport.az xəbər verir ki, gürcüstanlı mütəxəssis Azərbaycandakı fəaliyyəti dövründə 100-cü qələbəsini qazanıb.
2008-ci ildə “Standard”ın baş məşqçisi kimi ölkəmizdə debüt edən Sxadadze iki paytaxt təmsilçisində baş məşqçiliyi dövründə 210-cu oyununda 100-cü dəfə yetirmələrinin qalib gəlməsinə şahid olub. Bu qələbələrdən 89-u “İnter”, 11-i “Standard”da qeydə alınıb. İlk klubunda bütün qələbələrini çempionatda qazanan mütəxəssis “İnter”də 68 dəfə Premyer liqa, 11 dəfə Azərbaycan kuboku, 5 dəfə Birlik kuboku və 5 dəfə avrokuboklarda qələbə sevinci yaşayıb.
7-ci mövsümündə 100-ə çatan çalışdırıcı ilk qələbəsini 2008-ci il martın 16-da “Standard”ın “Bakı” ilə səfər oyununda qazanıb - 1:0.
(PFL)
