25 noyabr 2013 17:05
Mustafa Denizli axşam İstanbula yola düşəcək
"Xəzər Lənkəran” komandasının yeni baş məşqçisi Mustafa Denizli axşam İstanbula yola düşəcək. Azerisport.az xəbər verir ki, İstanbulda türk mütəxəssislə rəsmi müqavilə imzalanacaq.
Xatırladaq ki, Mustafa Denizli “Xəzər Lənkəran”ın baş məşqçisi vəzifəsinə uelsli mütəxəssis Con Toşakın istefasından sonra dəvət alıb.
