25 noyabr 2013 17:00
Mustafa Denizli: Lazım gələrsə, Toşakla görüşməyə hazıram
“Xəzər Lənkəran” komandasının yeni baş məşqçisi Mustafa Denizli Lənkəran aeroportunda qısaca fikir mübadiləsi edib. Azerisport.az xəbər verir ki, türk mütəxəssis bunları söyləyib:
“İlk növbədə mənə yerli futbolu öyrənmək, mentalitet və səviyyəni bilmək lazımdır. Sonra isə, təbii ki, öz planlarım və ideyalarımı həyata keçirməyə başlayacağam. Mən keçmiş baş məşqçi Toşakla görüşməmişəm. Əgər lazım gələrsə, mən hazıram”.
