25 noyabr 2013 16:55

Buranello: Dördlər finalına sadəcə hazırlaşmaq lazımdır

“Araz”ın qapıçısı Buranello azerisport.az saytına müsahibəsində futzal üzrə UEFA kubokunun elit raundu çərçivəsində “Sportinq” üzərində qələbə (6:3) və Dördlər finalı haqda danışıb.
 
- Qələbədən sonra özünüzü necə hiss edirsiniz?
Bi çətin tapşırığın öhdəsindən gəldik. Komanda çox yaxşı oynadı. Oyunun sonuna qədər özümüzü itirmədik. Bütün fikir və diqqətimizi qələbəyə cəmləşdirdik. Hücum və qollar vardı. Nəticədə istədiyimizi qazandıq.
 
- Joze Alesio tərəfindən seçilmiş taktika nə dərəcədə kömək oldu?
- O, düzgün taktika seçmişdi. Çünki rəqibin heyətində sürətli futbolçular vardı. Nəticə məşqçinin haqlı olduğunu göstərdi. Düzü, onun tələblərini yerinə yetirmək çətin deyildi.
 
- Üç oyunda siz altı qol buraxdınız. Çox səhviniz vardı?
Məncə bu, normal göstəricidir. Əlbəttə, daha yaxşı ola bilərdi. Ancaq rəqiblərimizin gücünü nəzərə alsaq, nəticə tam məqbuldur. Səhvlərə gəlincə, bunu baş məşqçi və oyunu izləyənlərdən soruşmaq lazımdır. Mən komandaya kömək barədə düşünürdüm.
 
- Dördlər finalında “Araz”ı “Barselona”, “Kayrat”, “Dinamo” gözləyir. Onlarla mübarizə aparmaq mümkün olacaq?
Hamısı güclü komandalardır. Ancaq futzalda oyunun necə bitəcəyini bilmək olmur. Tapmaca ilə nə isə demək olmaz. Sadəcə hazırlaşmaq lazımdır.
 
- İndi Azərbaycan çempionatı çərçivəsində sizi “Fənərbaxça”ya qarşı çox çətin oyun gözləyir.
- Oyun çox gərgin olacaq. Onlar da çempion olmaq istəyir. Heyətlərində güclü futbolçular var: dörd serb, bir neçə yığma oyunçusu. Biz isə titulumuzu qorumaq istəyirik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.