25 noyabr 2013 16:22
Sabiq FIFA hakimi Quliyevin vəkili oldu
Azərbaycan yığmasının sabiq hücumçusu Fərid Quliyev əməkhaqqını ödəməyən “Kahramanmaraşspor” komandasını tərk edib. Futbolçunun azerisport.az saytına verdiyi xəbərə görə, bu gün Türkiyə futbol federasiyası (TFF) Quliyevin azad agent statusunu təsdiqləyib.
Hücumçu bu gecə Vətənə dönəcək. Futbolçuya ödəniləcək məbləğə gəlincə, bununla Quliyevin vəkili - keçmiş FIFA referisi Cem Papila məşğul olacaq.
