25 noyabr 2013 16:16
İsrafilov oynadı, Mursiya xal itirdi
Futbol üzrə İspaniya çempionatının ikinci divizionunda növbəti turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Eddi İsrafilovun komandası - "Real Mursiya" 15-ci tur çərçivəsində səfərdə “Alkokron”la qarşılaşıb.
Oyun qolsuz heç-heçə ilə başa çatıb. Baxmayaraq ki, meydan sahibləri görüşün gedişində 3 qırmızı vərəqə alıblar.
Eddi bu oyuna start heyətdə çıxıb. O, 90 dəqiqə meydanda olub.
Eddi bu oyuna start heyətdə çıxıb. O, 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, “Mursiya” 15 turdan sonra 22 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.
