25 noyabr 2013 13:50
Mustafa Dənizli: Bu gün Lənkəranda olacağam
“Xəzər Lənkəran” klubunun baş məşqçi postuna namizəd Mustafa Dənizli azerisport.az saytına müsahibəsi verib.
- Artıq sizi təbrik etmək olar?
- Hələ yox. İnşallah, bu gün sizin qonağınız olacağam. Yəqin sabah müqavilə detallarını rəsmiləşdirəcəyik. Güman ki, “Xəzər Lənkəran”ın yeni baş məşqçisi özüm olacağam. Hələ müqavilə imzalanmayıb. Amma razılıq vermişəm.
- Bakıdan çox zəng vurublar?
- Bütün həmkarlarınıza hörmətim var. Futbolu mediasız təsəvvür etmək olmaz. Buna görə heç kimin xətrinə dəyməzdim. Türkiyədən də yığmışdılar. Lakin "hələlik, müqaviləmiz yoxdu" dedim.
- Mübariz bəylə görüşünüz necə keçdi?
- O çox yaxşı bir insandı. Futbolu sevdiyini bilirəm. Lənkərana bağlıdı. Komandanı bu durumdan çıxarmaq istədiyini dedi. Klubun gözəl bazası var və komanda günü gündən inkişaf etməlidi. Mən bütün gücümü səfərbər edərək komandanı uğura daşımağa çalışacağam.
- Rasim Kara, Bülənt Korkmaz, Cüneyt Biçər - Azərbaycanda işləmək o qədər asan deyil...
- Hamısını tanıyıram. Hörmətim var. Bilmədiyim işi götürmərəm. Amma hələ klub haqda məlumatım yoxdu. Son matçı izləmişəm. Futbolçuları tanımıram. Gərək canlı izləyim və sonra cavab verim.
- Bu il komanda üçün itirilmiş mövsüm olacaq?
- Razı deyiləm. Hələ kubok mübarizəsi var. Qışda güclənmək mümkündü. Gərək komanda ilə tanış olum sonra cavab verim. Amma heç nə itirilməyib. Əlbəttə çətin olacaq. Lakin bizə bir illik yox, sabit komanda lazımdı.
- Azərbaycan futbolu haqda nə bilirsiz?
- Biz qardaş ölkəyik. Bildiyimə görə, çempionatın səviyyəsi yüksəlib. 4-5 komandanın çempionluğa oynadığını öyrənmişəm. Yığmanızda Berti Foqts çalışır. Üzrlü sayın, artıq telefonla danışa bilməyəcəm. Amma sizə Azərbaycanda müsahibə verəcəyimə söz verə bilərəm.
- Nə vaxt Azərbaycana gələcəksiniz?
- Qismət olsa, bu gün Lənkəranda olacağam.