24 noyabr 2013 00:37
Hafiz Məmmədov izlədi, Lans ikinci oldu (FOTOLAR)
"Bakı"nın prezidenti Hafiz Məmmədovun sahibi olduğu "Lans" klubu Fransa 2-ci Liqasında növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, "Baku-2015" formalı komanda 15-ci turda öz meydanında "Şateru" klubu ilə qarşılaşıb.
"Lans" bu oyunda qələbə qazanacağı təqdirdə turnir cədvəlinin ikinci pilləsinə yüksələcəkdi. Doğma divarlar arasında keçirilən oyun "Lans"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Nəticədə "Lans" turnir cədvəlinin ikinci pilləsinə yüksəlib.
Qeyd edək ki, bu görüşü ilk dəfə olaraq "Bakı" klubunun prezidenti Hafiz Məmmədov da izləyib. O, oyundan sonra komanda ilə görüşüb, futbolçuları təbrik edib, eləcə də xatirə şəkli çəkdirib.
