24 noyabr 2013 00:26
Georgi Nikolov: Həmin anda hiss etdim ki, kimsə başıma zərbə endirdi
"İnter"in prezidenti Georgi Nikolov Topaz Premyer Liqasının 14-cü turunda qarşılaşdıqları "Neftçi" ilə oyundan sonra baş verənlərə münasibət bildirib. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
"Mən bu oyuna 13 səfirlikdən qonaqlar dəvət etmişdim. Biz matçı birlikdə izləyirdik. Qələbədən sonra aşağı düşüb komandamın üzvlərini təbrik etmək istədim. Gördüm ki, "Neftçi"nin nümayəndəsi hakimi söyür. Sonra isə dava düşdüyünü sezdim. Hadisənin episentrində "Neftçi"nin təhlükəsizlik xidmətinin işçisi idi. Mən kapitanımız Vaqif Cavadovu həmin hadisədən uzaqlaşdırmağa çalışdım. Elə həmin anda hiss etdim ki, kimsə başıma zərbə endirdi. Ümumiyyətlə, kişi arxadan zərbə vurmaz. Bu, rüsvayçılıqdı. "Neftçi" özünü "Şəfa"da elə aparırdı ki, sanki meydan sahibidi. Amma "Şəfa" bizim stadiondu. Artıq bu barədə PFL prezidenti Ramin Musayevlə danışmışam. "Neftçi" rəhbərliyi ilə də görüşüb, bu cür olayların nə vaxta kimi davam edəcəyini soruşmaq istəyirəm. İki il əvvəl də onlarla belə problemimiz olmuşdu".