24 noyabr 2013 19:22
Şahin Diniyev: Komandam yaxşı mübarizə apardı
"Rəvan"ın baş məşqçisi Şahin Diniyev Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində qarşılaşdıqları "Qarabağ"la oyunu şərh edib. Azerisport.az xəbər verir ki, "aslanlar"ın çalışdırıcısı 0:0 hesabıyla başa çatan görüşdən sonra bunları söyləyib:
“Bizim üçün çətin oyun oldu. Xallara ehtiyacımız var. Komandam yaxşı mübarizə apardı, meydanın hər yerində vuruşdu. İki futbolçumun olmaması komandanın oyununa təsir etdi. Oyunçularıma təşəkkür edirəm”.
