24 noyabr 2013 19:17
Qurban Qurbanov: İstədiyim kimi hücum futbolu oynaya bilmədik
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində qarşılaşdıqları "Rəvan"la oyunu şərh edib. Azerisport.az xəbər verir ki, ağdamlıların çalışdırıcısı 0:0 hesabıyla başa çatan görüşdən sonra bunları söyləyib:
“Rəqib komandada məşqçi işi görünür. Oyunu müdafiədən qurmuşdular, bu cür komandaya qarşı oynamaq həmişə çətin olur. Qol epizodlarından istifadə edə bilmədik. Ustalıq səviyyəsi yüksək olan futbolçularımız qol vura bilmədi. Futbolda belə hallar olur. Tam istədiyim kimi hücum futbolu oynaya bilmədik. Hər iki komanda taktiki planda düzgün oyun qurmuşdu”.
