24 noyabr 2013 02:43
Rəvan Qarabağla oyuna tam hazırdı
"Rəvan” Topaz Premyer Liqasının 14-cü turunda "Qarabağ”ın qonağı olacaq. Azerisport.az klub saytına istinadən xəbər verir ki, Tofiq Bəhrəmov adına Respublika stadionunda keçiriləcək oyun öncəsi komanda elə həmin stadionda son məşqini edib.
Baş məşqçi Şahin Diniyevin rəhbərliyi altında baş tutan hazırlıq isinmə hərəkətləri ilə başlayıb. Ardından futbolçular qısa zonalarda ötürmələr üzərində çalışıb. Ənənəvi "kvadratlar”ın ardından isə qapıya zərbələr üzrə çalışma olub.
Qeyd edək ki, "Qarabağ” – "Rəvan” oyunu bu gün saat 17:00-da başlayacaq.
