24 noyabr 2013 02:55
Atletiko 7 cavabsız qolla qalib gəldi (FOTOREPORTAJ)
Futbol üzrə İspaniya La Liqasında 14-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Madrid "Atletiko"su bu tur evdə "Xetafe" ilə qarşılaşıb.
Qarşılaşma meydan sahiblərinin inamlı qələbəsi ilə başa çatıb. İlk dəfə meydana "Bakı-2015" titul reklamı ilə çıxan "Atletiko" rəqibini 7 cavabsız qolla yenib.
Madrid klubu bu nəticədən sonra 37 xalla ikinci pillədəki mövqeyini qoruyub. Lider "Barselona"nın isə 40 xalı var.
