24 noyabr 2013 22:37

Araz Dördlər finalında! (YENİLƏNİB)

Bu gün Lissabonda futzal üzrə UEFA Kubokunun elit mərhələsinin D qrupunun oyunlarına yekun vurulub. Azerisport.az xəbər verir ki, bu mərhələdə Azərbaycan çempionu “Araz” da Dördlər finalına vəsiqə uğrunda mübarizə aparırdı.
 
Təmsilçimiz son oyununda prinsipial rəqibi - qrup matçlarına ev sahibliyi edən Portuqaliya "Sportinq"i ilə üz-üzə gəlib.
 
Xatırladaq ki, "Araz" ilk oyununda Hollandiya “Eyndhoven”i ilə qarşılaşmışdı və 6:3 hesablı qələbəyə sevinmişdi. Macarıstan "Qyor"u ilə qarşılaşma da "Araz" üçün uğurlu olmuşdu - 5:0. “Sportinq” isə bu komandaların hər ikisinə eyni hesabla (6:1) qalib gəlmişdi. Bu üzdən də son oyun ərəfəsində qrup lideri məhz Portuqaliya çempionu idi. Azərbaycan çempionunu Dördlər finalına çıxmaq üçün yalnız qələbə qane etdiyi halda, "Sportinq" heç-heçə ilə də buna nail ola bilərdi.
 
Lakin "Araz" daha inamlı çıxış edərək, əsas rəqibinə də qalib gəlib və yüzfaizli nəticə ilə adını Dördlər finalına yazdırıb.
 
Qeyd edək ki, nizamnaməyə əsasən Dördlər finalına yalnız qrup qalibləri vəsiqə qazanır.
 
Qrupun digər oyununda "Qyor" "Eyndhoven"lə üz-üzə gəlib. Bu görüşdə isə Macarıstan çempionu darmadağınla qalib gəlib və qrup üçüncüsü olub.
 
UEFA Kuboku, Elit mərhələ
D qrupu
24 noyabr
 
EYNDHOVEN - QYOR - 2:7
 
ARAZ - SPORTİNQ - 6:3 (2:1)
Qollar: Fabiano, 11 (1:0), Divanei, 11 (1:1), V.Borisov, 13 (2:1), Amadeu, 21 (3:1), Deo, 22 (3:2), Felipe, 25 (4:2), Aleks, 35 (4:3), Fabiano, 37 (5:3), Fabiano, 39 (6:3).
 
ARAZ: 1. Buranello, 2. Marko Periç, 18. Auqusto, 11. Davi, 14. Vitali Borisov (k).
Ehtiyat oyunçular: 19. Elnur Zamanov, 3. Fabiano, 5. Felipe, 6. Edu, 10. Biro Jade, 13. Qəmbərov, 15. Rafael, 4. Serjao, 9. Amadeu.
SPORTİNQ: 1. Joao Benedito (k), 2. Paulinyo, 6. Pedro Keri, 8. Divanei, 20. Aleks.
Ehtiyat oyunçular: 16. Kristiano, 15. Qonsalo, 4. Marselinyo, 7. Djo, 9. Joao Matoş, 10. Deo, 11. Kayo, 14. Kastro, 13. Andre.
 
1. Araz
3
3
0
0
17-6
11
9
2. Sportinq
3
2
0
1
15-8
7
6
3. Qyor
3
1
0
2
8-13
-5
3
4. Eyndhoven
3
0
0
3
6-19
-13
0

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.