24 noyabr 2013 14:42
XL üçün 2 türk namizəd
Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində “Bakı”ya 0:3 hesablı məğlubiyyətdən sonra istefa verən “Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşakın boşaltdığı postu kimin tutacağı hələ də bilinmir. Azerisport.az xəbər verir ki, hazırda bu posta iki namizədin adı çəkilir.
“Ağ-yaşıllar”ın son oyununu stadiondan izləyən Oğuz Çətinin adı bu məşqçilər siyahısındadı. Lakin “Cihan” xəbər agentliyi iddia edir ki, bölgə təmsilçisini Çətinlə yanaşı Mustafa Dənizli də çalışdıra bilər.
