24 noyabr 2013 18:49
Qarabağ xal itirsə də, vahid lider oldu (YENİLƏNİB)
Bu gün Topaz Premyer Liqasının 14-cü turuna yekun vurulub. Azerisport.az xəbər verir ki, turun son oyun günündə bir oyun baş tutub.
"Qarabağ" mərkəzi arenada "Rəvan"ı sınağa çəkib. Bu qarşılaşma ev sahibləri üçün xüsusi əhəmiyyət kəsb edirdi. Belə ki, Ağdam təmsilçisi qələbə qazanarsa, "Neftçi"ni 3 xal qabaqlayaraq birinci pilləyə yüksələcəkdi.
Amma Qurban Qurbanovun yetirmələri bu dəfə xal itkisi ilə üzləşib. Buna baxmayaraq, "Neftçi"ni 1 xal qabaqlayan Ağdam klubu vahid lider olub.
Topaz Premyer Liqası
14-cü tur
24 noyabr
QARABAĞ - RƏVAN - 0:0 (0:0)
Hakimlər: Rauf Cabbarov, Coşqun Həsənov, Rza Məmmədov, Mahir Məmmədov.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
QARABAĞ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 7. Namiq Yusifov, 9. Reynaldo Silva, 14. Rəşad Sadıqov (k), 25. Ansi Aqolli, 41. Corc Leroy, 55. Bədavi Hüseynov, 70. Çumbinyo, 99. Nikolas Gelaşvili.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 6. Hacı Əhmədov, 10. Muarem Muarem, 11. Ulrix Kapolonqo, 17. Vüqar Nadirov, 18. İlqar Qurbanov, 44. Eltun Yaqublu.
RƏVAN: 1. Lukaş Sapela, 5. Aqil Nəbiyev, 8. Frederik Holster, 9. Elnur Abdulov, 14. Xuan Manuel Varea, 19. Hüseyn Axundov, 20. Miloş Adamoviç, 21. Novruz Məmmədov (k), 27. Rəşad Abdullayev, 30. Cəmşid Məhərrəmov, 38. İvan Pexa.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 6. Ceyhun Cavadov, 11. Kamil Nurəhmədov, 17. Ramazan Abbasov, 24. Yamin Ağakərimzadə, 25. Ayaz Mehdiyev, 33. Sohib Savankulov.
Turun digər oyunları: Bakı - Xəzər Lənkəran - 3:0, Qəbələ - AZAL - 1:0, Sumqayıt - Simurq - 0:1, İnter - Neftçi - 3:1.
| 1 | Qarabağ | 14 | 8 | 5 | 1 | 25 | 8 | +17 | 29 |
| 2 | Neftçi | 14 | 8 | 4 | 2 | 21 | 12 | +9 | 28 |
| 3 | Qəbələ | 14 | 8 | 2 | 4 | 21 | 13 | +8 | 26 |
| 4 | Bakı | 14 | 6 | 3 | 5 | 25 | 16 | +9 | 21 |
| 5 | İnter | 14 | 6 | 2 | 6 | 24 | 19 | +5 | 20 |
| 6 | Simurq | 14 | 4 | 6 | 4 | 12 | 12 | 0 | 18 |
| 7 | AZAL | 14 | 4 | 5 | 5 | 12 | 17 | –5 | 17 |
| 8 | XL | 14 | 3 | 5 | 6 | 10 | 20 | –10 | 14 |
| 9 | Rəvan | 14 | 1 | 6 | 7 | 8 | 25 | –17 | 9 |
| 10 | Sumqayıt | 14 | 1 | 4 | 9 | 6 | 22 | –16 | 7 |
Bombardirlər:
7 - Vaqif Cavadov (İnter).
6 - Əfran İsmayılov (Bakı), Mindauqas Kalonas (Bakı).
5 - Reynaldo (Qarabağ), Baçana Sxadadze (İnter), Bahodir Nasimov (Neftçi), Nikolas Gelaşvili (Qarabağ), Leonardo da Silva (Qəbələ).
4 - Rauf Əliyev (Bakı), Junior Nildo (Xəzər Lənkəran), Daniel Subotiç (Qəbələ), Çumbinyo (Qarabağ).
