24 noyabr 2013 14:32

Məmmədov: Qış fasiləsinə yaxşı əhval-ruhiyyədə yollanmaq istəyirik

"Bakı"nın yarımmüdafiəçisi Elvin Məmmədov Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində keçirilmiş "Xəzər Lənkəran" ilə oyunu şərh edib. Azerisport.az saytına müsahbəsində o, 3:0 hesablı qələbə ilə bağlı öncə bunları dilə gətirib:

"Biz çox vacib və lazımlı bir qələbə qazandıq. Bütün komandanı bu münasibətlə təbrik edirəm. Futbolçularımız müsbət nəticəyə nail olmaq üçün sona kimi mübarizə apardılar. Çətin olsa da, istəyimizə nail olduq".

Məmmədov ilk dövrədə Lənkəranda qeydə alınan məğlubiyyəti yada salıb. Hansı ki, həmin görüşdə hesabı "Bakı" açsa da, sonda 1:2 hesabı ilə məğlub olmuşdu: "Əlbəttə, komandada revanş hissi var idi. Amma hər şeydən önəmli olan üç xalı qazanmaq idi. Turnir cədvəlindəki vəziyyətimizi daha da yaxşılaşdırmaq istəyirik. Bu mənada "Xəzər Lənkəran"la görüşdə xal itkisi planlarımıza daxil deyildi. Əks halda rəqiblərimiz bizi qabaqlaya bilərdilər".

Lakin yarımmüdafiəçi komandasının ifasında hər şeyin onlar istəyən kimi getmədiyini də etiraf edib: "Bizim qol vurmaq üçün çox şanslarımız oldu. Amma onlardan yaxşı yararlana bilmədik. Xüsusilə də birinci hissədə. Həm də rəqib komanda müdafiədə çox yaxşı təsir bağışlayırdı. Amma ikinci hissədə hər şeyi öz xeyrimizə dəyişə bildik".
 
Məmmədov qarşıdakı turlarda daha da irəliləmək istədiklərini bildirib: "İkinci dövrənin sonuna cəmi 4 tur qalıb. Ona görə liderlərlə xal fərqini azaltmaq üçün qalan görüşlərimizi qələbə ilə başa vurmalıyıq. Qış fasiləsinə yaxşı əhval-ruhiyyədə yollanmaq istəyirik".

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.