24 noyabr 2013 02:12

Hafiz Məmmədov Luvru ziyarət etdi (FOTOLAR)

"Bakı" futbol klubunun prezidenti Hafiz Məmmədov Fransada işgüzar səfərdədi. Azerisport.az xəbər verir ki, o, səfər çərçivəsində dünyaca məşhur Luvr muzeyinin Lans şəhərində yerləşən filialını ziyarət edib.
 
Ziyarət zamanı Hafiz Məmmədovu Nor Pa de Kale regionunun başçısı Daniel Perşeron, Lans şəhərinin meri Silven Rober, "Lans" klubunun prezidenti Jerve Martel müşayət edib. Lans-Luvrda fəxri qonaqları qarşılayan muzey direktoru, tanınmış sənətşünas Ksavye Dekto Luvr muzeyin tarixi və 2012-ci ildən fəaliyyət göstərən Lans bölməsində sərgilənən eksponatlar barədə ətraflı məlumat verib.
 
II Luvr adlandırılan və Luvr muzeyinin ilk rəsmi filialı kimi tanınan Luvr-Lans muzeyinin ildə 450-500 min adam tərəfindən ziyarət olunduğunu bildirən sənətşünas 20 hektar ərazidə yerləşən kompleksın SANAA Yaponiya arxitektura bürosunun layihəsi əsasında tikildiyini bildirib. Ətraflı gəzinti zamanı qonaqlar Luvr muzeyindən gətirilən 205 nadir eksponatla tanış olmaqla yanaşı şüşəli pavilyon, 120 metrlik Zaman qalereyasını izləyiblər. Burada İV əsrdən 1850-ci ilə qədər yaşayıb-yaratmış sənət ustalarının rəsm və skulpturaları yerləşdirilib.  Klubumuzun prezidenti Hafiz Məmmədov Luvr muzeyinin ardından "Lans" klubunun arenası Feliks Bollar stadionuna dəvət olunub. "Lans" klubunun prezidenti Jerve Martel stadion və infrastruktur barədə ətraflı məlumat verdikdən sonra qonaqlar klub muzeyinə baş çəkiblər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.