24 noyabr 2013 02:03
Atletiko və Lansın titul reklamı dəyişdi (VİDEO)
Xəbər verdiyimiz kimi, ötən gün sinxron olaraq Roma və Bakıda 2015-ci ildə ölkəmizdə keçiriləcək 1-ci Avropa Olimpiya oyunlarının loqotip və masqotunun təqdimat mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, 35 yaşlı dizayner Adəm Yunisov tərəfindən hazırlanan loqotipdə milli elementlrlə bərabər Bakı-2015 Avropa oyunları yazısı yer alır.
Loqoda əks olunan 5 element xüsusi məna daşıyır. Xalça, alov, dəniz ləpəsi, Simurq quşu və nar detallarından yaranmış kompozisiya qədim və eyni zamanda müasir Azərbaycanın xarakeri açilmış olur.
Qeyd edək ki, Avropa Olimpiya ouyunları tarixdə ilk dəfə Odlar Yurdu Azərbaycanda keçiriləcək. Bununla bağlı daha bir maraqlı yenilik tətbiq olunur. Belə ki, İspaniyanın "Atletiko" Madrid və Fransanın "Lans" klublarının oyun formalarında yer alan "Land of Fire Azerbaijan" titul reklamı "Bakı-2015"-lə əvəzlənir.
"Bakı"nın və "Baghlan Group" şirkətlər qrupunun prezidenti Hafiz Məmmədovun təşəbbüsü ilə yuxarıda adıçəkilən klubların oyun formaları üzərində, məhz, bu reklam yerləşdirilib. "Atletiko" və "Lans" artıq yeni reklamla debüt edib. Bu komanda İspaniya çempiontı çərçivəsində "Hetafe"yə qarşı oyunda yeni forma ilə oynayıb. Eyni zamanda Fransa 2-ci liqasınında 14-cü qarşılaşmasını keçiriən "Lans" da "Bakı-2015"-lə meydana çıxıb.
Bu münasibətlə hazırlanmış xüsusi videomaterialı diqqətinizə təqdim edirik.
