24 noyabr 2013 01:57
"Əminəm ki, yeni forma uğurlu olacaq"
İspaniyanın "Atletiko" (Madrid) və Fransanın "Lans" klubları bundan sonra oyunlarına yeni formalarla meydana çıxacaq. Azerisport.az xəbər verir ki, adıçəkilən klublar formalarının üzərində "Bakı-2015" titul reklamı ilə çıxış edəcəklər.
Bu yeniliyin ideya müəllifi, "Bakı" futbol klubu və "Baghlan Group" şirkətlər qrupunun prezidenti Hafiz Məmmədov məsələyə fikir bildirib:
"İndi bütün diqqət və nəzərlər Azərbaycana çevrilib. Ölkəmiz ilk dəfə Avropa Olimpiya oyunlarına ev sahibliyi edəcək. Bu gün (dünən) oyunların loqosunun təqdimat mərasimi keçirildi və biz dərhal hərəkətə keçdik. "Atleriko" Madrid və "Lans" bu gündən yeni titul reklamı ilə çıxış edəcəklər. Xeyirli olsun! Əminəm ki, yeni formalar uğur gətirəcək".
