24 noyabr 2013 01:32
Lans azarkeşlərindən Hafiz Məmmədova jest (VİDEO)
Xəbər verdiyimiz kimi, Fransa 2-ci Liqasının 15-ci turu çərçivəsində "Şatoru"nu 2:0 hesabı ilə məğlub edən "Lans"ın oyununu klubun sahibi, "Bakı"nın prezidenti Hafiz Məmmədov da izləyib. Azerisport.az xəbər verir ki, "Feliks Bolar" arenasına toplanmış 40 min azarkeş Məmmədovun şərəfinə "Hafiz! Hafiz!" şüarı səsləndirib.
"Bakı" klubunun prezidenti matçdan sonra paltardəyişmə otağına gedərək futbolçuları qələbə münasibətilə təbrik edib və onlara gələcək oyunlarda uğurlar arzulayıb.
Sözügedən oyundan hazırlanmış videoreportajı təqdim edirik.
